İsrail 1047 tibb işçisini qətlə yetirib

İsrail 1047 tibb işçisini qətlə yetirib
  • Siyasət

  • İsrailin hücumları nəticəsində bu günə qədər 1047 tibb işçisinin öldürüldüyü açıqlanıb.
     
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi açıqlama yayıb. 
     
    Həkim Məhəmməd Qanim və tibb işçisi Məhəmməd Merzuk Salmanın Qəzzanın şimalında, xəstəxana yaxınlığında bir İsrail pilotsuz təyyarəsinin (İHA) hücumu nəticəsində öldüyü bildirilib.
     
    7 oktyabr 2023-cü ildən bəri İsrail Qəzzanın 310 tibb işçisini nəzarət altında saxlayır. Hücumlar nəticəsində 1047 tibb işçisi öldürülüb. 
     
    Qeyd edək ki, Qəzzanın şimal hissəsindəki İndoneziya Xəstəxanasının baş həkimi Mərvan Sultan, qaraciyər sirozundan əziyyət çəkən 55 yaşlı fələstinli qadının oksigen çatışmazlığı və xəstəxananı əhatə edən İsrail qoşunları səbəbiylə öldüyünü söyləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər