DİN Masallı və Astarada işə qəbul müsabiqəsi keçirəcək

DİN Masallı və Astarada işə qəbul müsabiqəsi keçirəcək
  • Sosial / Astara / Masallı

  • Daxili İşlər Nazirliyi (DİN) Masallı və Lənkəran “ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər üzrə vakant olan sıravi və kiçik rəis heyəti (operator) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

    Bu barədə Asiya.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində və yuxarıda qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları (qadın cinsli) iştirak edə bilərlər.

    Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.

    Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən edilmiş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

    İştirak etmək istəyən şəxslər noyabrın 10-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq, elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.

    Müraciət etmiş şəxslər müsabiqədə iştirak etmək üçün dəvət edilərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    Şəxsiyyət vəsiqəsi;
    Ali təhsil haqqında diplom;
    Əmək kitabçası (olanlar üçün).

    Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 590 80 63, (012) 590 94 35.
    Daxili: 80-63, 14-35.
    PAYLAŞ:

    Oxşar xəbərlər