Lənkəranda gənclər üçün maraqlı tədbir olacaq

Lənkəranda gənclər üçün maraqlı tədbir olacaq
  • Mədəniyyət / İdman / Lənkəran

  • Lənkəranda “Dosa Mall”da gənclər üçün maraqlı tədbir baş tutacaq. 

    Asiya.az xəbər verir ki, tədbir oktyabrın 26-27-də saat 14:00-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfindən təşkil ediləcək. Burada milli üslubda olan əl işləri, folklor, yaradıcılıq, xalçaçılıq, xalq tətbiqi sənət nümunələri, rəsm əsərləri təqdim ediləcək. Həmçinin Lənkəranda istehsal olunan ərzaq və digər sənaye məhsulları nümayiş olunacaq.

    Bundan başqa, ölkənin müxtəlif regionlarından olan Gənclər Evi sosial xidmət müəssisələrinin gənclərindən ibarət özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edəcək, rəngarəng musiqi nömrələri ifa olunacaq, gənclərin iştirakı ilə əyləncəli proqramlar göstəriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər