Astarada azğın quşa rast gəlinib - FOTO

Astarada azğın quşa rast gəlinib - FOTO
  • Maraqlı / Astara

  • Astarada "Himalay Kərkəzi" həyətyanı sahəyə düşüb.

    Asiya.az-ın verdiyi məlumata görə "Himalay Kərkəzi" Astara rayonunun Şiyəkəran kəndində kənd sakinlərinin həyətyanı sahəsində ağacda rast gəlinib. Sakinlər deyir ki, quş iki gün idi ağacda qalmışdı və köməkləşib həmin quşu ağacdan aşağı saldıq. 
    Kənd sakini bioloq Yunus Qulamovun sözlərinə görə "Himalay Kərkəzi" ilk dəfədir ki, Astarada rast gəlinir. "Bu quş yırtıcılar dəstəsinə, qarğalar cinsinə aiddir. Onlar özünü müdafiə etmək insana hücum edə bilir. Yaxşıdır ki, vaxtında bu quş ağacda aşkarlanıb yerə salınıb. Əks halda uşaqlara zərər yetirə bilərdi."
    Qeyd edək ki, bala "Himalay Kərkəzi"nin qanadları 2 metrəyə yaxındır. Quş aidiyyəti üzrə təhvil verilib.




    PAYLAŞ:

    Oxşar xəbərlər