Qasıməli Qasımov Ərkivanda - VİDEO/FOTOLAR

Qasıməli Qasımov Ərkivanda - VİDEO/FOTOLAR
  • Sosial / Manşet / İdman / Masallı

  • Sankt-Peterburq şəhərində yaşayıb, fəaliyyət göstərən Rusiya Federasiyasının Əməkdar məşqçisi, Rusiya Federasiyasının fəxri inşaatçısı, Texnika elmlər doktoru, professor Qasıməli Qasımov Azərbaycana səfəri zamanı doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində olub.
    Asiya.az xəbər verir ki, 24 oktyabr tarixində xeyriyyəçi iş adamı Qasıməli Qasımov, Yunan-Roma güləşi üzrə idman ustası Kamal Mazanov, Rusiyada fəaliyyət göstərən İqtisad elmləri namizədi Ruslan Qasımov, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, “Asiya.az” Xəbər Portalının baş redaktoru Cəfər Cəfərov Ərkivan qəsəbəsində yerləşən Şəhidlər parkını ziyarət edib, abidə kompleksinin qarşına gül dəstələri düzüblər.
    Qasıməli Qasımov Ərkivan Sənətkarlıq Evində Rauf Gülverdiyevin rəhbərliyi ilə fəaliyyət göstərən rəqs dərnəyində qəsəbə uşaq bağçasının körpə fidanlarının rəqs məşqlərinə tamaşa edib.
    Sənətkarlıq Evinin əsaslı təmirə ehtiyacı olduğunu bildirən Qasıməli müəllim bu işin yaxın vaxtlarda Ərkivan Xeyriyyə Cəmiyyətində müzakirə olunmasının vacibliyindən söz açıb.
    Sonra Ərkivan Güləş zalının təmirdən sonrakı vəziyyəti ilə tanış olan Əməkdar məşqçi Yunan-Roma güləşi ilə məşğul olan uşaqların məşq prosesini izləyərək onlara öz tövsiyyələrini verib.
    Yunan-Roma güləşi üzrə ərkivanlı məşqçi-müəllimlər Şirvan Əmənov, Qismət Əkbərov, Qeysər Əkbərov, Orxan Məmmədli və digərləri ilə çay süfrəsi arxasında idmanın bu növünün inkişaf etdirilməsi yönündə diskusiya aparıldı. Rusiya Federasiyasının Əməkdar məşqçisi Qasıməli Qasımov və Yunan-Roma güləşi üzrə idman ustası Kamal Mazanov güləş müəllimləri ilə söhbət zamanı 2025-ci il SSRİ idman ustası Nadir Ağayevin 90 illik yubiley yaşında onun adına həsr edilən turnirin daha da möhtəşəm keçiriləcəyinin məsuliyyətindən danışıblar. 
    Daha sonra Texnika elmlər doktoru, professor Qasıməli Qasımov bir vaxtlar təhsil aldığı, cənub bölgəsinin ən məşhur təhsil ocaqlarından sayılan “Ağ məktəb”i (Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəb) ziyarət etdi. Məktəblilərə keçdiyi həyat yolundan danışan professor Qasımov təhsilin önəmindən, parlaq gələcək naminə bu gün əziyyət çəkib oxumağın vacibliyini vurğulayıb.
    Qasıməli müəllim sonra Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə “Ağ məktəb”də gedən təmir işləri ilə tanış olub.
    Qeyd edək ki, Qasıməli və Məşkur Qasımov qardaşları Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbin, eləcə də Ərkivan Güləş zalının təmirinin əsas ianəçilərindəndirlər.


























    PAYLAŞ:

    Oxşar xəbərlər