Firdovsi Cəbrayılov namizədliyini vəzifəyə qurban verdi

Firdovsi Cəbrayılov namizədliyini vəzifəyə qurban verdi
  • Araşdırma / Cəmiyyət / Manşet

  • 71 saylı Masallı kənd seçki dairəsindən millət vəkilliyinə namizəd Firdovsi Cəbrayılov bu gün namizədliyini geri çəkəcək.

    Asiya.az-ın əldə etdiyi məlumata görə dünən günorta saatlarında Firdovsi Cəbrayılov Masallı rayonunda paytaxdan gələn çox nüfuzlu bir şəxs tərəfindən qabul edilib. Həmin adamın kimliyi bizə məlum olsa da hələ ki, açıqlamırıq. Bir neçə saatlıq görüş zamanı tərəflər razılığa gəliblər ki, o namizədliyini geri çəkir qarşılığında isə yüksək vəzifə ilə təmin edilir.

    Bu razılaşmanı qəbul edən deputatlığa namizəd dünən saat 17:00-da rayonun Babaser kəndində, bu gün isə saat 15:00-da Tüklə kəndində seçicilərlə keçiriləcək görüşlərini ləğv edib.

    Dünən gecə saatlarında Firdovsi Cəbrayılovun qərargahına yüzlərlə seçici gələrək ona öz haqlı iradlarını bildiriblər. Onların təşviqat prosesində çəkdiyi zəhməti vəzifəyə görə qurban verən namizədin ünvanına tənqidi ifadələr səsləndiriblər.

    Qeyd edək ki, F.Cəbrayılov seçki təşviqatında tanınmış müğənnilər və öz həmkəndlilərindən ibarət onlarla könüllü ordusu ilə gedirdi.

    Cəfər Cəfərov
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər