AzTV-nin koronavirusdan ölən baş redaktoru ilə bağlı bacısından qalmaqallı AÇIQLAMA- VİDEO+FOTO

AzTV-nin koronavirusdan ölən baş redaktoru ilə bağlı bacısından qalmaqallı AÇIQLAMA- VİDEO+FOTO
  • Cəmiyyət / Manşet

  • AzTV-nin koronavirusdan öldüyü bildirilən baş redaktoru Etibar Babayevin bacısı Arzu Babayeva qalmaqallı açıqlama ilə gündəmə gəlib.

    Asiya.az
    xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, qardaşı soyuqdəymə ilə xəstəxanaya gedib: "Professorlar dedi ki, heç nəyi yoxdur. Nə iynə vurdularsa, ayılmadı. Əgər onda virus olsaydı, o qədər adam dəfnə buraxılmazdı. Çünki virusdan ölənləri dəfn üçün vermirlər. Biz hamımız orda idik. Bu da tərifli EGE klinikası. Öz ayağı ilə getdi, ölüsü gəldi".

    Açıqlamaya sözügedən xəstəxanadan da reaksiya gəlib: “Məlumat üçün bildirmək istəyirik ki, xəstə Ege Hospitala başqa xəstəxanadan diaqnostik müayinə üçün göndərilib və diaqnostik müayinə olunub. Diaqnostik müayinənin nəticələri xəstənin yaxınlarına təqdim olunub. Ege Hospitalda xəstəyə heç bir müdaxilə olunmayıb, o cümlədən heç bir iynə də vurulmayıb. Yayılan informasiya həqiqədə uyğun deyil, yalnışdır. Mərhuma rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!”

    Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlama verib. O, açıqlamasında bildirib ki, E.Babayev iki gün ev şəraitində müalicə alıb və temperaturu 37 dərəcə olub:

    "İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördük ki, qızdırması yoxdur, artıq 37,1 dərəcə idi. Ancaq bir qədər təngnəfəs idi. Həkimlə danışdım və məsləhət görüldü ki, ağciyərlərin kompüter tomoqrafiyası edilsin. KT-dən sonra bu diaqnoz çıxdı”.



    AzTV-nin koronavirusdan ölən baş redaktoru ilə bağlı bacısından qalmaqallı AÇIQLAMA- VİDEO+FOTO
    AzTV-nin koronavirusdan ölən baş redaktoru ilə bağlı bacısından qalmaqallı AÇIQLAMA- VİDEO+FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər