Təhsil naziri bu şəxs olacaq? – Ən real namizədin adı bilindi- FOTO

Təhsil naziri bu şəxs olacaq? – Ən real namizədin adı bilindi- FOTO
  • İqtisadiyyat

  • Ceyhun Bayramovun xarici işlər naziri vəzifəsinə təyin edilməsindən sonra boş qalan təhsil naziri postunu kimin tutacağı maraqla gözlənilir.

    Yeni təhsil nazirininin kimliyi ilə bağlı həm sosial mediada, həm də yerli KİV-lərdə müxtəlif mülahizələr səsləndirilib.

    Asiya.az xəbər verir ki, sfera.az-a daxil olan məlumatda isə bildirilir ki, hazırda təhsil naziri vəzifəsinə bir neçə şəxsin namizədliyi müzakirə olunur. Bununla belə ən şanslı namizəd kimi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun adı hallandırılır.

    Əldə etdiyimiz məlumatda bildirilir ki, böyük ehtimalla təhsil naziri vəzifəsinə məhz Ədalət Muradov gətiriləcək.

    Məlumat üçün bildirək ki, Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olub. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

    Təhsil naziri bu şəxs olacaq? – Ən real namizədin adı bilindi- FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər