Bir ildən çoxdur dünyanı aciz duruma salan COVİD-in əlamətləri barədə, demək olar ki, artıq uşaqdan böyüyə hər kəs məlumatlıdır. Lakin koronavirusun bəzi əlamətləri də Azərbaycanda aşkar olunmağa başlayıb. Bunlardan biri dəri tutulumudur.
Asiya.az xəbər verir ki, bu barədə həkim Ramin Cavadov Milli.Az-a açıqlama verib:
"55 yaşlı kişinin bilinən xəstəliyi yoxdur. 10 gün öncə 38.3 dərəcə qızdırma, halsızlıq, iştahsızlıq və ardından bədəndə döş qəfəsi, qarın boşluğunun ön yan tərəfində, qollarda və ayaqlarda çox olmaqla ağrısız və qaşıntısız qabarıq ləkələr görülüb. Qastroenteroloqa müraciət edilib, testlər istənilib və sonra Herpes Zoster (HZ) (kərmərvari dəmrov) düşünülərək valtrex başlanılaraq dermatoloqa yönləndirilib. Dermatoloq HZ deyil, vaskulit düşünərək konsultasiya istədi.
Xəstənin anamnezini dərinləşdirdiyimiz zaman COVİD-19 şübhəsi oyandı, müayinədə təzyiq 130/80 , ağciyər səslərində kobudlaşma görüldü. Xəstə qan analizi və KT nəticəsi ilə gəldiyində (3 gün sonra) ləkələr iz buraxmadan solmuşdu. KT-də 8% buzlu şüşə görüldü, COVİD + , crp 45 , AST 335 , ALT 45, GGT 1250, ALP 1300, HGB 16, kreatinin 0.6, sidiyin ümumi analizi normal, ANCA, COVİD-19 dəri tutulumu düşünüldü, uyğun müalicə yazılaraq 10 gün sonra kontrol məsləhət görüldü.