Uğurlar, Aytac...

Uğurlar, Aytac...
  • Sosial

  • Bakı şəhəri Nərimanov Rayon Gənclər və İdman İdarəsinın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Bütöv Azərbaycan – Ulu Öndərin gerçəkləşən arzusu” mövzusunda onlayn məqalə müsabiqəsinə yekun vurulub.

    Asiya.az
    xəbər verir ki, müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd edilməsi, onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi, eyni zamanda yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsidir.
    Ümumilikdə idarənin elektron poçtuna 70 məqalə daxil olmuşdur. Müsabiqə yeniyetmə və gənclər arasında keçirilmişdir. Həmin müsabiqədə Bakı şəhəri 93 saylı tam orta məktəbin vııı sinif şagirdi AYTAC AĞAYEVA də qalib olaraq Bakı şəhəri Nərimanov rayon Gənclər və İdman idarəsinin fəxri-fərmanı ilə təltif edilib.
    "Asiya.az" saytının kollektivi olaraq istedadlı gənc qızımız Aytac Ağayevanı təbrik edir və onun müsabiqədə fərqlənən məqaləsini təqdim edirik:

    BÜTÖV AZƏRBAYCAN – ULU ÖNDƏRİN
    GERCƏKLƏŞƏN ARZUSU


    Xalqımızın ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmur. Bu yalnız H.Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən tale, xoşbəxtlikdir. Onun Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Demokratik, hüquqi dövlətin yaradılması, ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində əldə edilmiş uğurlar ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
    Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr iqtisadiyyatın , təsərrüfatın , elmin , təhsilin, mədəniyyətin tərəqqisi illəri kimi yaddaşlarda qalıb. Həmin illərdə görülən nəhəng işlər, xalqımızın həyatının bütün sahələrində aparılan islahatlar əsaslı dəyişikliklərlə nəticələndi. Bu Azərbaycanın quruculuq tarixinin ən şərəfli səhifələrindəndir. Hələ o vaxtdan Azərbaycanın gələcək inkişafına hesablanmış bu işlər dahi liderimizin uzaqgörən siyasətinin nəticəsi idi.
    Azərbaycan dövlətin xilaskarı və qurucusu ulu öndər Heyder Əliyev Vətənimizin bütövlüyü yolunda, Qarabağ münaqişəsinin həlli üçün bir sıra ciddi işlər görmüşdü. Hələ ötən əsrdə hakimiyyətdə olduğu dövrdə məkrli düşmənimiz ermənilərin xalqlar arasındakı münaqişəni qızışdırmaq məqsədilə atdıqları bir neçə addımın qarşısını almışdı. Əzəli yurd yerimiz olan Qarabağda həm iqtisadi həm mədəni sahələrdə bir çox layihələrin reallaşmasına xeyli səy göstərmiş və istədiklərinə nail olmuşdu.
    Müstəqil Azərbaycan dövlətinə başçılıq etdiyi dövrdə ulu öndərimiz münaqişənin həlli yolunda öz siyasi nüfuzundan istifadə edərək beynəlxalq təşkilatların iştirakı ilə bir sıra danışıqlar aparmışdı. Dahi liderimiz Azərbaycanı iqtisadi cəhətdən güclü, qüdrətli, regionunun lider dövləti olması uğrunda yorulmadan fəaliyyət göstərirdi. O bilirdi ki, iqtisadi cəhətdən möhkəm Azərbaycanın gələcəyi parlaq olacaqdır. Həmçinin hərb sahəsinə diqqət edərək savadlı kadrların yetişməsinə nəzarət edirdi.
    Dahi rəhbər dünyadan köçsə də onun siyasi kursunun layiqli davamçısı mohtərəm prezidentimiz İlham Əliyev atasının arzularını reallaşdırmaq üçün xeyli işlər gördü. Qarabağ münaqişəsinin hüquq müstəvisində həll etmək istəsə də xain düşmənlarimiz gözlənilmədən vətənimizə hücüm etdilər. Bu dəfə tam silahlanmış Azərbaycan Ordusu Ali Baş Komandan möhtərəm prezidentimizin əmri ilə döyüşlərə qatıldı. Xalqımız ulu öndərimizin varisi olan cənab İlham Əliyevin ətrafında sıx birləşdi. 44 günlük Vətən müharibəsinin nəticəsində ordumuz qələbəyə nail oldu. İllərdir işğalda olan doğma yurd yerlərimiz işğaldan azad olundu. Prezidentimiz İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibələrdə, cəmiyyətə müraciətlərində dövlətimizin haqlı mövqeyini çatdırdı. Sahibi olduğumuz torpaqlar yenidən ordumuzun nəzarətinə keçdi. Hazırda doğma Qarabağımızda bir sıra quruculuq işləri görülür. Prezidentimiz İlham Əliyev özü də bölgəyə səfər edərək bu işlərə başcılıq edir. Yeni yollar çəkilir. Düşmənlərimiz müqəddəs İslam dinimizə məxsus məscidlərimizi dağıtmaqla bir daha öz iç üzlərini, niyyətlərini dünyaya göstərdilər. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva da Prezidentimizlə birgə bu səfərlərdə iştirak edərək təmir-bərpa işlərini izləyir və öz məsləhətlərini verir.
    Ümummilli liderimizin Azərbaycanı bütöv görmək arzusu reallaşdı. Əziz rəhbərimiz, ruhunuz şad olsun! Doğma, əzəli torpaqlarımız düşmən işğalından azad olundu. Görmək istədiyiniz bütöv Azərbaycan daha da çiçəklənəcək.
    Müstəqil Azərbaycan yaşadıqca ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!
    Aytac Ağayeva,
    Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına
    93 saylı tam orta məktəbin 8c sinif şagirdi

    Uğurlar, Aytac...
    Uğurlar, Aytac...
    PAYLAŞ:

    Oxşar xəbərlər