“Niyaz Niftiyevi niyə həbsdə saxlayırsız?” - Sabir Rüstəmxanlı

“Niyaz Niftiyevi niyə həbsdə saxlayırsız?” - Sabir Rüstəmxanlı
  • Cəmiyyət

  • Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevi müdafiə edib.

    Asiya.az
    Oxu.Az-a istinadən xəbər verir ki, S.Rüstəxanlı N.Niftiyevin bir ildən çoxdur həbsdə saxlanılmasına etiraz edib.

    "Niyaz Niftiyev tanınmış jurnalistdir. Dəfələrlə mükafatlandırılıb, prezident tərəfindən təltif edilib. Sonradan bələdiyyə üzvü, daha sonra bələdiyyə sədri seçilib. Qısa müddət keçdi, rüşvət aldığı iddia edildi. İndi bu olubsa da, bir səhvdir. Amma istintaq müddətində onun həbsdə saxlanılması düzgün deyil. O jurnalist 1 il 3 aydır həbsdədir, özünün də xəstə anası var. Hökm verilməyibsə, onu niyə həbsdə saxlayırsınız?”, - deyə S.Rüstəmxanlı əlavə edib.

    Deputat qeyd edib ki, bəzi şəxslər haqqında cəza tədbirləri seçilərkən onların keçdiyi həyat yoluna da baxmaq lazımdır.

    Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri, jurnalist Niyaz Niftiyev 2020-ci ildə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar verməkdə təqsirləndirilir.

    Jurnalistə Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi açılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər