Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
  • Sosial / Manşet

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan Asiya.az-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 337 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 144, ötən müddət ərzində isə ümumilikdə 3 852 280 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər