Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarixi

Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarixi
  • Cəmiyyət

  • Allah sevimli bəndələrini sınağa çəkər. İbrahim peyğəmbərin sınağa çəkildiyi məqam – İsmayılın qurban istənilməsi anıdır. İbrahim peyğəmbər buna hazır olduğunu bildirən zaman Allah ona kəsilməsi üçün bir qoç göndərmişdir. Həmin vaxtdan indiyə kimi imkanı olan hər kəs Qurban bayramında qurbanlar kəsir, imkansız ailələrlə paylaşır. İslam dininin təməlini təşkil edən Allaha bağlılıq həmin zamanlardan formalaşmış, insanlara dinini, vətənini sevməyi aşılamışdır.
    İslam dini bizim milli – mənəvi kimliyimizin ayrılmaz bir hissəsidir. Bu dəyərləri qoruyub saxlamaq, onları nəsildən – nəslə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur.

    Şəhidlik müqəddəs bir məqamdır. Vətən uğrunda canından keçənlər bu məqamın sahibidirlər. Xalqımızın dinə, torpağa bağlılığı İkinci Qarabağ müharibəsi zamanı bir daha özünü göstərdi. Atalar, analar öz oğullarını bu müharibədən qalib çıxmaq üçün cəbhəyə yola saldılar. Cəbhədən gələn hər şəhid xəbərinə üzülsək də, alınan hər qarış torpağımız üçün sevindik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində canlarından keçən vətən oğulları ən yüksək məqama – Şəhidlik zirvəsinə çatdılar. Ata – analar öz övladlarının fədakarlığını qürur hissi ilə anırlar. Çünki onlar Vətənin azadlığı uğrunda şəhid olmuşlar. Hər birimiz Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

    Bizim üstünlüyümüz ondadır ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. İkinci Qarabağ müharibəsində azərbaycanlılarla yanaşı müxtəlif millətlərin nümayəndələri də vuruşdu və şəhidlik zirvəsinə ucaldılar. Milli – mənəvi dəyərlərimizi əks etdirən üçrəngli Azərbaycan bayrağı azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan xalqının yazdığı Zəfər tarixi bu xalqın dinə, vətənə etiqadından qaynaqlanır.


    Mehriban Alışova,
    Salyan şəhər 4 saylı tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər