"Lənkəran qəzasının kameral təsviri 1849-cü il" kitabı artıq satışdadır

"Lənkəran qəzasının kameral təsviri 1849-cü il" kitabı artıq satışdadır
  • Cəlilabad / Yardımlı / Masallı / Lənkəran / Lerik / Astara / Manşet / Mədəniyyət

  • "Lənkəran qəzasının kameral təsviri 1849-cü il" kitabı bölgəmizin tarixi üçün olduqca əhəmiyyətli və mötəbər bir mənbədir.

    Asiya.az xəbər verir ki, kitabda müasir Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad və İmişli rayonlarının 1849-cü ildə mövcud olmuş yaşayış məntəqələrinin əhalisinin siyahısı (onların adları, yaşları, məşğuliyyətləri, zümrələri) göstərilmişdir.

    Kitab Azərbaycan Respublikası Dövlət Tarix Arxivindəki (ARTDA) mənbələrin - Lənkəran, Ərkivan,Sebican,Muğan uçastoklarının kameral təsvirləri adlı arxiv sənədlərinin tərcümə olunması nəticəsində ərsəyə gəlmişdir. Kitabın ilk 80 səhifəsidə bölgəmizin tarixi haqqında ümumi məlumatlar da verilmişdir. 856 səhifə olan bu kitabın müəllifləri  tarixçi-tədqiqatçılar Rəzzaq Xansuvar və Ağaəli Varsamandır. Sənədlərin tərcümə olunması, yazılması, çapa buraxılması bu iki müəllifin zəhməti hesabına baş tutmuşdur. Kitab bölgəmizin tarixi ilə, öz kökü və şəcərəsi ilə maraqlananlar üçün olduqca dəyərli bir vəsaitdir.
    Kitabı aşağıda göstərilən telefon nömrələri ilə əlaqə saxlayaraq əldə etmək olar. 
    +994519683009
    +994705342775
    PAYLAŞ:

    Oxşar xəbərlər