Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Polad Həşimovun və başqa bir qrup şəhid ailəsi üzvləri ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhid generalın anası Səmayə Həşimova, bacısı Kəmalə Həşimova, qardaşı İlham Həşimov və başqa bir qrup şəhid ailəsi üzvləri iştirak edib.

    4 günlük Tovuz döyüşlərinin birinci ildönümündə keçirilən görüşdə, 44 günlük Vətən Müharibəsinə apatan yoldan, dövlət-xalq birliyinin təntənəsindən söz açılıb.
    Komitə sədri Ali Baş Komandan başda olmaqla şanlı Silahlı Qüvvələrimizin zəfərini şəhidlərin əziz ruhunu şad edən ən önəmli tarixi hadisə adlandırıb.
    Dövlətimizin, xalqımızın hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayan Komitə sədri, bunun həmişə belə olacağını söyləyib.

    Q.Paşayeva şəhid ailələrinin üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
    Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər