Koronavirus-19 pandemik pnevmoniyasının polimorf kliniki təzahürləri və spesifik profilaktik tədbirləri

Koronavirus-19 pandemik pnevmoniyasının polimorf kliniki təzahürləri və spesifik profilaktik tədbirləri
  • Sosial

  • Azərbaycan Dövlət Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin Baş elmi işçisi, dosent Ağaşirin Rüstəmov COVİD-19 pandemiyasının yaranması, onun törətdiyi fəsadlar və bu xəstəliyin aradan qaldırılmasının elmi izahı vermişdir.

    Asiya.az
    respublikanın tanınmış həkimlərindən olan Ağaşirin Rüstəmovun həmin məqaləsini təqdim edir:

    Xülasə Koronavid pandemik virus pnevmoniyası virusun ağciyərlərə hava-damcı və təmas vasitəsilə bronxların, ağciyərlərin paycıq və paylarının zədələnməsi nəticəsində baş verir. Kordinal patoloji əlamətlərdən hipoksiya sayılır. Virusun aqressiv faktoru olan tacabənzər çıxıntılar bronx alveollar sistemində destruktiv, korroziv dəyişikliklər əmələ gətirirlər. Xəstəliyin əsas kliniki patofizioloji əlaməti sayılan hipoksiyanın aşağıdakı növləri inkişaf edir. a) aerogen b) respirator c) diffuz d) sirkulyator hipoksemiya nəticəsində yaranan toxuma hipoksiyasıdır. Xəstələrdə yüksək hərarət, nəfəs darlığı, döş qəfəsində ağrılar, həzm, ürək-damar və sinir sistemi tərəfindən xarakterik dəyişikliklər narahat edir. Xəstəliyin spesifik profilaktikası koronavaks vaksini ilə iki dəfə aparılan peyvəndləmə üsuludur. Sosioloji tədbirlərə isə ara məsafələrin saxlanması, qoruyucu maskanın taxılması və individual sanitar gigiyenik əməllərə riayət etmək daxildir.

    Ağciyərlər sağ və sol paydan ibarət olmaqla döş qəfəsində yerləşərək bir neçə həyati əhəmiyyətli funksiyalar daşıyırlar. Funksional vahidlərini baş və respirator bronxlarla birlikidə terminal bronxiollarla alveolalar təşkil edirlər. Bunlar ağciyərlərin qapısından daxil olaraq onu paycıqlar, paylar və seqmentlərə ayırırlar. Ağciyərlər daxili strukturlar bir-birləri ilə interstsial ara birləşdirici toxuma vasitəsilə təmasda olurlar. Ağciyərlərin ümdə əhəmiyyətli funksiyalarına qaz mübadiləsində və maddələr metabolizmində iştirak etməsi daxildir. Nəfəsalma zamanı daxil olan oksigenlə toxumaların qidalanmasını yaxşılaşdırır. Nəfəsvermədə isə toplanmış zərərli karbon qazı orqanizmdən xaric olur. Nəfəs alarkən ağciyərlərə 500 sm3 hava daxil olur. Nəfəsvermə zamanı onun 350 sm3 xaric olur 150 sm3 isə daxildə qalaraq ağciyərin parsial təzyiqini sabit saxlayır.

    Pnevmoniya müxtəlif virus və bakteriyalar tərəfindən törədilən ağciyərin iltihabi xəstəliyidir. Pandemiya ilə əlaqədar olaraq koronovid viruslu etiologiyalı pnevmoniya tibbi və sosioloji nöqteyi nəzərdən fəsadlı xarakter daşıdığından onun diaqnozu, müalicəsi və profilaktikası müasir təbabətin ən aktual problemlərindəndir. Xəstəliyin diaqnozun və ağciyərlərdə struktural morfoloji dəyişiklikləri müəyyənləşdirmək məqsədi ilə aşağıdakı instrumental və laborator müayinə üsulları tövsiyə olunur.
    1)Döş qəfəsinin və ağciyərlərin rentgenoskopik və qrafik təsviri;
    2)Ağciyərlərin kompüter tomoqrafiyası;
    3)Burun və boğaz möhtəviyyatlarının korona virusoloji mikroskopik müayinəsi;
    4)Periferik qanda klassik immunoqlobulinlərintəyini.

    Müəyyən olunmuşdur ki, pandemik koronavirus xəstəliyinin törədicisi taclı çıxıntılara malik olan koronovid virusdur. Ağciyərlərə aerogen hava-damcı
    Və bilavasitə kontakt vasitəsilə yoluxurlar. İstiyə və soyuğa davamlı olduqlarına görə istifadə olunan əşyalarda uzun müddət saxlanma qabiliyyətinə malikdirlər. Bronxlarda, bronxiollarda, alveollarda və interstisial ara birləşdirici toxumada formalaşdıran destruktural dəyişikliklər nəticəsində müxtəlif növlü hipoksiyalar inkişaf edir. Virus zoonoz infeksiyalar qrupuna aid olduğundan əsasən onun aqressor taclı çıxıntıları tənəffüs sisteminin birləşdirici ara toxumasına təsir göstərərək zəif dərəcədə destruktiv dəyişikliklərdən onların sərtləşməsinə gətirib çıxarır. Xəstəliyin ağır gedişində sərtləşmə qabarıq şəkildə özünü göstərdiyindən toxumanın şüşəvari əlaməti kimi adlanır. Göstərilən patomorfoloji dəyişikliklər nəticəsində aşağıdakı ardıcıllıqla hipoksiyalar baş verir.
    1)Aerogen hipoksiya;
    2)Respirator tənəffüs hipoksiya;
    3)Alveolların divarındakı birqatlı membranoz keçiriciliyinin pozulması nəticəsində yaranan diffuz hipoksiya;
    4)Oksigenin böyük qan dövranına az daxil olması nəticəsində baş verən sirkulyator hipoksemiya;
    5)Orqanlarda baş verən toxuma və hüceyrə hipoksiyası.

    Xəstəliyin ağır gedişli və müxtəlif fəsadlarla özünü büruzə verməsi başlıca olaraq generalizasiya olunmuş sirkulyator hipoksemiya ilə izah edilir. Ağciyərlərin struktural vahidlərinin zədələnmə xarakterinə uyğun olaraq pandemik virus pnevmoniyası aşağıdakı nozologiya üzrə təsnif olunur. Gedişinə görə kəskin, yarımkəskin və fəsadlaşmış növlərə ayırd edilir. Krupoz pnevmoniya, Ocaqlı pnevmoniya, İnterstisial pnevmoniya, Plevropnevmoniya.
    1.Krupoz pnevmoniya – ağciyərin bir neçə seqmentlərini patoloji prosesə cəlb olunduğundan ağır formalı adlanır;
    2. Ocaqlı pnevmoniya – iltihabi proses ağciyərlərin kiçik paycıqlarında lokallaşaraq soyuqdəymə, yorğunluq və emosional gərginliklər xəstəliyin inkişafını sürətləndirir;
    3. İnterstisial pnevmoniya – ara birləşdirici toxumanın ağciyərin və korroziv dəyişiklikər nəticəsində formalaşaraq əksər hallarla təngənəfəsliklə müşayət olunur;
    4. Plevropnevmoniya.

    Koronavid pnevmoniyalı xəstələr yüksək hərarətdən titrəmədən, döş qəfəsində sancılardan, öskürəkdən, nəfəs darlığı fonunda təngənəfəslikdən qoxu və dadbilmə hissiyatlarının pozulmasından şikayətlənirlər. Xəstəliyin müxtəlif mərhələlərində yaşıl selikli və qan qarışığı olan bəlğəm ifrazını göstərirlər. Orqanizmin immun reaktivliyinin zəifliyi ilə 50 yaşdan yuxarı xroniki ürək-damar və ağciyər xəstəlikləri ilə əziyyət çəkən şəxslər xüsusi risk qrupuna aid edilirlər. Xəstəliyin gedişinə və ağırlıq dərəcəsinə uyğun olaraq dəri və görünən selikli qişalar sianozlu və solğun çalarlı görünürlər. ( 3)

    Auskultasiyada sərt tənəffüs fonunda əksər təsadüflərdə quru xırıltılar və kriptasiyalar eşidilir. Perkusiyada isə daxili struktural dəyişikliklərə uyğun olaraq perkutor səsin qısalması, kütləşməsi və aydın olması təyin edilir. Bunlar ağciyərlərin paylarında inkişaf edən eksudasiya və emfizemanın mövcudluluğu ilə
    izah edilir. Xəstəliyin ağırlıq dərəcələrinə və ağciyərlərdə baş verən morfoloji
    dəyişikliklərə uyğun olaraq instrumental və laborator müayinələr aşağıdakı nəticələrə malikdir.
    1)Ağciyərlərin rentgenoqramması – bu bronxların alveollarını paycıqlararası interstisial toxumanın sərtləşməsi və deformasiyasını səciyyələndirən şüşəvari simtomu göstərir;
    2)Ağciyərlərin kompüter tomoqrafiyası – paycıq və paylar daxilindəki eksudativ, adqeziv və ploriferativ növlü patoloji proseslərin xarakterini dəqiqləşdirir;
    3)Periferik qanın immunoloji spektrində immunoqlobulin C-nin göstəricilərinin nəzərə çarpma mərhələrinə uyğun spesifikliliyi müəyyənləşdirilir.

    Ağız boşluğu və udlaqdan götürülmüş möhtəviyyatlarda virusun pozitiv və neqativliyi yoxlanılır. Koronavirus pnevmoniyasında ağciyərlərdən kənar orqan və sistemlərdə xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq aşağıdakı simptomlar nəzərə çarpır.
    1) Ürək-damar sistemi tərəfindən hipotoniya, taxikardiya, kordiomeqaliya və zəif dolğunluqlu aritmik nəbz müşahidə olunur;
    2) Həzm sistemi tərəfindən dadbilmə, qoxu hissiyatının zəifləməsi disfagiya və reflüks ezofagit əlamətləri görünür;
    3) Mərkəzi sinir sistemində isə şüurun alaqaranlıqlılığı, həyati reflekslərin zəifləməsi, apatiya, komatoz vəziyyətlə müşayət olunan dərin ensefalopatiyalar nəzərə çarpır;
    4) Oynaq, dayaq, hərəki sistemdə ətrafların borulu sümükləri hiperesteziyalar uçucu xarakterli poliartralgiyalar və hərəkət məhdudluluğu özünü göstərir.
    Pandemik koronavirus pnevmoniyasını klinikaları oxşar, lakin törədiciləri müxtəlif olan aşağıdakı pnevmoniyalar ilə differensasiyalaşdırmaq məsləhət görülür.
    1) Ocaqlı bakterial pnevmoniyada törədicilər pnevmokok, streptokok, stafilokok və fridlender çöpləridir. Xarakterik xüsusiyyəti mikrobların toksiki təsirləri ilə yanaşı onların qanda da sirkulyasiya etmələridir;
    2) Virusogen pnevmoniyalardan qrippoz, ornitoz və psitakoz etiologiyalı formaları göstərmək olar. Viruslar quş zılı ilə xarici mühütə düşür və quruyub toz halına keçdikdə havadan insanın tənəffüs yollarına daxil olur viru gəzdiricilər tutuquşu, ördək və göyərçinlərdir. Bu pnevmoniyalar, əsasən, ağciyərlərin interstisial ara birləşdirici toxumanın zədələnməsi ilə xarakterizə olunaraq çox vaxt quru öskürəklə müşayət olunan bronxitlər şəklində təzahür edirlər.
    Koronavid pnevmoniyası yaşdan xəstələrin immunoreaktivlik səviyyəsindən və xroniki xəstəliklərin mövcudluğundan aslı olaraq bir neçə dəfə fəsadlar verə bilər. Ağciyərlərdə divar aralığı plevra kilsələrinə eksudatın yığılması nəticəsində plevritlər inkişaf edə bilər. Xəstələri yüksək hərarət, nəfəs darlığı və döş qəfəsində şiddətli ağrılar narahat edir. Ağciyər kisəciklərində infiltirasiyanın artması nəticəsində absesləri formalaşa bilər. Diaqnoz rentgen müayinəsi vasitəsi ilə təstiqlənir. Koronavid pandemik virus pnevmoniyasının müalicəsi-antibiotiklərlə, dezintoksikasion və reanimasion tədbirlərə kompleks şəkildə xüsusi ayrılmış tibbi müəssələrdə aparılır. Profilaktikası isə spesifik və qeyri-spesifik immunoloji üsullarla yerinə yetirilir.

    İnsan orqanizmində təbii immunoloji reaktivlik faktorları hüceyrəvi və humoral olmaqla iki qrupa bölünür:
    a) Hüceyrəvi immun faktorlara T və B limfositlər aiddir. Bunlarda faqositoz xüsusiyyətləri ilə yanaşı immunitetin humoral faktorlarından klassik immunoqlobulinlərin sintezində də iştirakı göstərilir. ( İQA, İQM, İQE, İQC və İQD );
    b) Qanda dövr edən təbii anticisimlərdən opsonin və arginini göstərmək olar. Spesifik immunoloji reaktivliyi isə törədicinin toksigenlik qabiliyyətinin zəiflədilməsi nəticəsində alınan antigenin orqanizmə yeridilməsindən sonra onlara qarşı yaranan antitellər daşıyırlar. Antigen və antitellər sərbəst halda infeksiya ilə mübarizədə keyfiyyətcə zəif olurlar. Bunların birləşməsini təmin edən komplement antivirus immun kompleksi yaradılmaqla funksiyaları aktivləşdirir. Təsadüfi deyil ki, immunoloji müayinələrdə komplementar birləşmə fraksiyaların təyini də aparılır.

    Koronavid pandemik virusunda antigen rolunu koronavaks peyvəndlənməsi təşkil edir. Vakansiya iki dəfə olmaqla 28 gün keçdikdən sonra təkrarlanır. Bu müddət ərzində formalaşan immun kompleks anticisimciklər yaradaraq insanların pandemiyaya qarşı mübarizəsini stabilləşdirir. Xəstəliyin sosioloji profilaktikasında üç qızıl tədbirlərə əməl etməyi tövsiyə olunur.
    1)Təmas məsafələrin saxlanılması
    2)Qoruyucu maskaların taxılması
    3)İndividual sanitar gigeynik təmizliyin təmini
    Koronavirus-19 pandemik pnevmoniyasının polimorf kliniki təzahürləri və spesifik profilaktik tədbirləri
    Ağaşirin Rüstəmov,
    Azərbaycan Dövlət Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin Baş elmi işçisi, dosent.

    PAYLAŞ:

    Oxşar xəbərlər