İki gündür gündəmi zəbt edən bu biabırçı, eyni zamanda ürək ağrıdan məsələ ilə bağlı Manset.az-a açıqlama verən Cavanşir Paşazadə məlum yazını özü yazmadığını bildirib.
“O yazını mən yazmamışam, sürücüm yazıb. Ümumiyyətlə, mən belə işlərlə məşğul olmuram. Bir də ki, mənim sürücüm nə yazıb bunun kimə nə dəxli var. Təyyarədən indi düşmüşəm, çox danışmayacam. Nə baş verib salamatçılıqdır..”
Daha sonra əməkdaşımızın “Sürücünüzə də özünüzlə Özbəkistana aparmışdız?” sualına deputat “sağ olun” deməklə kifayətlənib.