Qənirə Paşayeva Qaraqalpaqıstanın tanınmış mədəniyyət xadimləri və soydaşlarımızla görüşdü - FOTOLAR

Qənirə Paşayeva Qaraqalpaqıstanın tanınmış mədəniyyət xadimləri və soydaşlarımızla görüşdü - FOTOLAR
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qaraqalpaqıstan Respublikasının inzibati mərkəzi Nukus şəhərində tanınmış mədəniyyət, sənət, elm xadimləri ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli münasibətlər olduğunu vurğulayan Q.Paşayeva, bu münasibətlərin inkişafında mədəniyyət, sənət, elm xadimlərinin üzərinə də özünəməxsus mənəvi məsuliyyət düşdüyünü vurğulayıb.

    Öz taleyini Qaraqalpaqıstanla, Nukusla bağlayan, yaradıcılığında Qaraqalpaqıstanın xüsusi yer tutduğu həmvətənlərimiz olduğunu xatırladan Q.Paşayeva onların acılı-şirinli xatirələrinin, ömür yollarının bugünkü nəsillər tərəfindən öyrənilməli, öyrədilməli olduğunu söyləyib. MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Özbəkistan Qəhrəmanı, Xalq şairi  İbrahim Yusupovun qızı və "İbrahim Yusupov Fondu"nun rəbəri Aycamal Yusupova ilə görüşüb.
    Azərbaycanla Qaraqalpaqıstan, ümumən Özbəkistan Respublikası arasında yüksək səviyyəli münasibətlərdən söz açan Q.Paşayeva, bu münasibətlərin inkişafında mədəniyyət, sənət xadimlərinin və onların adını daşıyan ocaqların özünəməxsus rolundan danışıb. 
    İbrahim Yusupovun Səməd Vurğunun şeirlərini, o cümlədən məşhur "Azərbaycan" şerini qaraqalpaqcaya və özbəkcəyə çevirdiyini minnətdarlıqla xatırladan Q.Paşayeva, ustadın qızını Azərbayacan səfərə dəvət edib. 

    A.Yusupova atasının Azərbaycanda da xatırlanmasından, onun qardaş xalqlar ədəbiyyatına xidmətlərinin unudulmamasından çox məmnun olduğunu söyləyib. Azərbaycanı tarixi zəfər münasibəti ilə təbrik edən A.Yusupova, başçılıq etdiyi fondla Azərbaycanın uyğunprofilli qurumlarının əməkdaşlığında maraqlı olduqlarını deyib. 

    Q.Paşayeva A.Yusupovaya Azərbaycan mədəniyyətini, A.Yusupova Q.Paşayevaya Qaqaqalpaq mədəniyyətini əks etdirən xatirə hədiyyəsi təqdim edib. MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Nukusda ictimai fəal gənclərlə və bu şəhərdə yaşayan soydaşlarımızla da görüşüb.

    Azərbaycanla Özbəkistan arasında ən müxtəlif əməli fəaliyyət sahələri üzrə, o cümlədən gənclərlə iş sahəsində əməkdaşlıq münasibətlər olduğunu vurğulayan Q.Paşayeva, bu münasibətlərin daha da inkişafı üçün potensial olduğunu vurğulayıb.

    Öz taleyini Qaraqalpaqıstanla, Nukusla bağlayan həmvətənlərimizin ailəsinə mənsub gənclərin də iştirak etdiyi görüşdə, Q.Paşayeva onları maraqlandıran sualları cavablandırıb.







    PAYLAŞ:

    Oxşar xəbərlər