Qənirə Paşayevaya “Firudin bəy Köçərli” mükafatı təqdim olundu - FOTO

Qənirə Paşayevaya “Firudin bəy Köçərli” mükafatı təqdim olundu - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya “Firudin bəy Köçərli” mükafatı təqdim olunub.

    Asiya.az
    xəbər verir ki, Komitə sədri “AzEdu” Təhsil portalı, “AzEdu Academy” və “Azərbaycan Təhsil Jurnalistləri” İctimai Birliyinin təsis etdiyi bu mükafata “Müəllimlik ən ali məramdır” tezisinin toplumda yüksək səviyyədə təmsilçisi” nominasiyası üzrə layiq görülüb.

    Mükafatı Q.Paşayevaya “AzEdu” MMC-nin baş direktoru Elşad Eyvazlı və “AzEdu” Təhsil portalının baş redaktoru Elmin Nuri təqdim edib.

    Görüşdə təhsil, onun çağdaş durumu, gələcək perspektiv və cari problemləri, habelə “Ömrün uğurlu bünövrəsi” kitabı haqqında da fikir mübadiləsi aparılıb. “AzEdu” Təhsil portalı ilə yanaşı “İlin gənc müəllimi” yarışmasını  həyata keçirən Komitənin sədri, bundan sonra da tərəflər arasında təhsillə, mədəniyyətlə bağlı maraqlı layihələr üzrə əməkdaşlığa hazır olduğunu bildirib. “AzEdu” MMC-nin baş direktoru Elşad Eyvazlı təhsil və mədəniyyət xadimlərinin mənafeyini, müəllim adının nüfuzunu toplumda hər zaman yüksək tutacaq fikirlərlə çıxış etdiyi, bu yöndə əlindən gələni əsirgəmədiyi üçün Q.Paşayevaya təşəkkürünü bildirib. Q.Paşayeva onu bu şərəfli və məsuliyyəti mükafata layiq görən qurumların rəhbərliyinə, əməkdaşlarına və üzvlərinə təşəkkürünü bildirib.

    Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər