Qənirə Paşayeva şəhid Əli Rzayevin həyat yoldaşı ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid Əli Rzayevin həyat yoldaşı ilə görüşdü - FOTO
  • Sosial

  • Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi Əli Rzayevin həyat yoldaşı Gülü xanımla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva bizə tarixi Zəfər qazandıran şəhidlərimizin əziz xatirəsinin qədirbilən xalqımız, dövlətimiz tərəfindən hər zaman uca tutulduğunu bildirib:
    “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, yaralı qazilərə, müharibənin bütün iştirakçılarına və müharibədən zərər görmüş vətəndaşlarımıza həssas qayğı və diqqəti hər birimiz üçün yüksək örnək təşkil edir. Həyat yoldaşınızın Vətən qarşısında xidmətləri heç vaxt unudulmayacaq. Şəhidlər yalnız öz ailələrinə mənsub deyil, bütövlükdə xalqımızın dəyəridir. Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onlar xalqımıza qürur yaşadıb və düşmənə sağalmaz zərbələr vurub. Biz bu il ilk dəfə tarixi Zəfərimizi bayram etdik. Şuşada bayrağımız əzəmətlə dalğalanmaqdadır. Qarabağa mədəniyyət və qaynar həyatın qayıtmasının şəhidlərimizin ruhunu şad etdiyinə inanıram. Şəhidlərimiz bizim baş tacımız, and yerimizdir, onlara ömür boyu borcluyuq”. Komitə sədri Şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib. Qeyd edək ki, şəhid Əli Rzayev (09 iyul 1992, Mingəçevir - 06 oktyabr 2020, Tərtər rayonu) Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu idi.O, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhu şad olsun!

    PAYLAŞ:

    Oxşar xəbərlər