Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları müəyyənləşdi

Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları müəyyənləşdi
  • Sosial

  • Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları müəyyənləşib.

    Asiya.az bildirir ki, bu, "Media haqqında" yeni qanun layihəsində əksini tapıb.

    Jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları var:

    1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;

    2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;

    3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;

    4. bu qanunun 76.1.2-76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər