20-may 2020-ci il tarixdə "Masallı Təhsil Fondu" və onun əməkdaşlarının köməkliyi ilə rayonun ümumtəhsil məktəblərində təhsil alan XI sinif qız şagirdlərinin 267 nəfərinə ali məktəblərə daxil olmaq üçün test kitabları hədiyyə edilib.
Növbəti illərdə bu xeyirxah iş davam etdirilmiş və test kitabları X siniflərdə oxuyan şagirdlərə də verilmişdir.
Qızların Dövlət Universitetlərinin Pedaqoji fakultələrində təhsil almaları rayonda azyaşlı qızların erkən nigaha girməsinin qarşısını alınmasında müsbət təsir göstərmişdir.
Millət vəkili hörmətli Məmmədov Məşhur Şahbaz oğlunun aztəminatlı ailələrin qız övladlarına göstərdiyi qayğı rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
2020/2021-ci tədris ilində Təhsil Fonduna 45-nəfər abituriyent müraciət etmiş, hazırda onların 7 nəfəri 2024/2025-ci tədris ilində təhsillərini 5-ci kursda davam etdirəcək,digərləri isə ali məktəbləri bitirmiş hesab ediləcəklər.
Onların hər biri müəllim adını almaq üçün MİQ imtahanlarında iştirak edəcəklər.
Məzunlarımıza bu işdə uğurlar arzulayırıq.
"Masallı Təhsil Fondu"nun direktoru: H.Hüseynov və Fondun əməkdaşları