Asiya.az xəbər verir ki, Masallı Olimpiya Kompleksində 6 rayon komandasından 58 nəfər idmançının iştirak etdiyi rayon turnirində Masallı rayon voleybol komandası birinci, Cəlilabad rayon voleybol komandası ikinci, Astara rayon voleybol komandası üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, oyunları Azərbaycan Voleybol Federasiyasının hakimləri, Ruhid Xəlilov və Vüqar Mənsimov idarə edib.
Turnirdə l, II və lll yeri tutan komandalar may ayının 23-də Spartakiadanın açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olunacaqlar.