İmzanın yanında yazılan rəqəmlərin sirri - YAXUD Afəddin Leysanovun gizli şifrəsi

İmzanın yanında yazılan rəqəmlərin sirri - YAXUD Afəddin Leysanovun gizli şifrəsi
  • Siyasət

  • Bildiyimiz kimi Azərbaycana il ərzində xarici ölkələrdən avtomobillər gətirilir. Xarici ölkələrdən gətirilən avtomobillərin əksərinin şüşələri (xüsusilə arxa yan şüşələr) tünd olur. Çünki dünyanın avtomobil ixrac edən heç bir ölkəsində tünd şüşə qadağası yoxdur. Amma, biz hər şeyin ziyanlı tərəfini qiymətləndirərək qabardan xalqıq. Məsələn: sosial şəbəkələr informasiyanın yayılması üçün yararlıdır. Amma biz şantaj və iyrənc tanışlıqlar üçün istifadə edərək polisin işini artırırıq. Bayramlarda, şad günlərdə istifadə edilən zırpaket və fişənglərdən kimlərisə qorxutmaq üçün istifadə edərək əsəblərə toxunuruq… Bu siyahını uzatmaq da olar. Eynilə qara şüşəli avtomobillərdə.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu məsələyə müşavirələrin birində çox geniş və gözəl açıqlama gətirib.
    Milli Məclisə məsələ ilə bağlı qanun baxılması üçün təqdim olunsa da hələ təsdiqlənməyib ki, avtomobillərin arxa-yan qapılarının tünd şüşələr və plyonkalarla sürülməsinə icazə verilsin. Bəli, bu qanun bütün Azərbaycan vətəndaşlarına şamil olunur. Deyəsən bu bircə BDYPİ-ə şamil olmayıb. Ona görə ki, xarici ölkələrdən gələn avtomobillərin bir çoxunda-yuxarıda qeyd etdiyimiz kimi arxa-yan şüşələr qara (yəni faiz dərəcəsi yuxarı) gəlir. BDYPi–nin rəis müavini Afəddin Leysanov özündən belə bir qərar çıxarıb: Texniki baxış nümayəndələrinə tapşırıq verib ki, belə avtomobillərə baxış keçirərkən sənədlərinə "şüşə" sözünü qeyd edin və qarşısına ondan nə qədər alınacaqsa onu rəqəmlə (1,2,3 qeyd eləməklə yəni 100 azn,200 azn 300 azn) əlavə edin.



    Sadə vətəndaş bunu anlamır. Bir müddət öncə tünd şüşə ilə qeydiyyat üçün yaxınlaşan vətəndaşdan rüsum alınırdı, şüşələr dəyişdirilirdi. Afəddin Leysanov elə bir illüziya edib ki, indi şüşə dəyişdirilmir, amma vətəndaş qurbanlıq qoyun kimi soyulur. Necə olur ki, qara şüşələrlə avtomobili qeydiyyata salmaq üçün yaxınlaşırsan, deyirlər "icazə yoxdur". Amma, sənəddə qeyd olunan (1,2,3) parola uyğun pulu verəndə rəsmiləşmə etmək mümkün olur. Onda şüşənin rəngimi dəyişir? Bu mövzuda bizə müraciət edən yetəri qədər vətəndaş var. Amma, biz bütün deyilənlərə inanmadıq. Hər şeyi öz gözlərimizlə görmək qərarına gəldik. Hər hansısa bir maşını deyildiyi kimi addan-ada keçirilmiş kimi bütün prosedurları addım-addım keçərək, qeydlərimizi apardıq. Və buradan nəticəyə gəldik ki, pul qazanmaq olur, təki adamda fərasət olsun.//Aztimes.az

    Mövzu ilə bağlı Asiya.az-a danışan digər zərərçəkmiş vətəndaşlar adı çəkilən idarədə yaşanan qanun pozuntularını təsdiq etdilər. Əldə etdiyimiz məlumatlara əsasən bu idarədə nömrə biznesi tuğyan edir. Dövlət rüsumu 18 azn olan Dövlət nömürə nişanlarını Afəddin Leysanovdan bəzən heç 10 min manata almaq olmur. Yeni açılan 77 seriyalı nömrələr əslində əlifba sırası ilə verilməli olduğu halda, "B" seriyası qurtarmamış ölkə ərazisində "LL", "ZZ" kimi seriyalarda olan avtomobillər görmək mümkündür. Növbəti xəbərlərimizdə Baş Dövlət Yol Polisi İdarəsində baş verən nömrə biznesi ilə bağlı araşdırma xəbəri faktlarla təqdim edəcəyik. 
     
    Mövzu ilə bağlı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasını dərc etməyə hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər