Asiya.az xəbər verir ki, NTV kanalına müsahibə verən Ərdoğan həmin sözləri müğənni Sezen Aksuya şamil etmədiyini bildirib:
“Burada çox aydın həqiqəti açmaqda fayda var. Mənim orada xitab etdiyim şəxs Sezen Aksu deyil. O, ölkəmizin mühüm sənətçilərindən biridir. Amma digər tərəfdən ölkənin prezidenti olaraq, hansı inancdan olursa-olsun insanlarımızın dini dəyərlərinə toxunulmasına icazə vermərəm. Xalqımızın müqəddəslərinə həssas yanaşıram. “Dilini qoparmaq” ifadəsini bir nəfərə yox, müqəddəslərə təhqir ünvanlayanlara qarşı işlətmişəm. Millət kimi qardaşcasına və birgə yaşamağımızın rəhni biri-birimizə olan hörmətimizdir, biz bu hörməti göstərməliyik”.
Qeyd edək ki, müğənni Sezen Aksunun “Şahane bir şey yaşamaq” adlı mahnısındakı “Salam söyləyin o cahil Həvva ilə Adəmə” ifadəsi insanlar arasında böyük narazılığa səbəb olmuşdu.