Ölkənin iqtisadi və sənaye potensialı dayanmadann artır

Ölkənin iqtisadi və sənaye potensialı dayanmadann artır
  • Siyasət

  • Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - açılışı zamanı, AZƏRTAC-a verdiyi müsahibədə bildirmişdir ki, müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. 

    Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Ötən  il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının göstəricilərinə görə iqtisadi artım təxminən 6 faiz , qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz , qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olnuşdur. Bu rekord göstəricidir.

    Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır - Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

    Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Müstəqilliyimizin ilk illərində ölkənin  enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. 

    Zamin Əlili – Masallı rayon Çaxırlı kənd sakini, tələbə.
    PAYLAŞ:

    Oxşar xəbərlər