Qurbanlıq qoyun nağılı

Qurbanlıq qoyun nağılı
  • Araşdırma / Cəmiyyət

  • Hərə yanında bir qurbanlıq qoyun saxlayır. İllərlə tabeçiliyində olan qurumu öz dədəsinin malı kimi idarə edir. Yeyir, talayır, övladlarına ərəb şəhzadələrinin yaşadığı həyatı yaşatdırır. Elə ki, zibillərinin üstü açılmağa başlayır, bir balaca hay-həşir düşür, həmin qurbanlıq qoyun düşür yada, kəsirlər başın, iş olur tamam. 

    Ötən həftə Müdafiə naziri Zakir Həsənov rəhbərlik etdiyi qurumdakı milyonluq yeyintilərində 3-4 qurbanı kəsməklə işini bitmiş saydı. Yuxarılara və sosial şəbəkədəki etirazçılara göstərdiki vallahi-billahi mənim xəbərim yox imiş, siz deməsəydiniz, DTX xəbər tutmasaydı, heç mən özüm də bir mərtəbə aşağıda olanlardan xəbərsiz olacaqdım. Baxmayaraq ki, Müdafiə naziri insanlar üçün ən həssas yerdi, orda yeyilən rüşvətin hər qəpiyində şəhidin, qazinin payı var. Rüşvətin yeyilməsinin də bir mədəniyyəti olmalıdı. 

    Bu gün də nazir Rəşad Nəbiyev illərdi sahibkarlara qan udduran, özləri üçün “dazvol” monopoliyası yaratmış Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev qoruyaraq, qurbanlıq qoyunu işdən çıxarmaqla ictimaiyyətə “əsl günahkarı” təqdim etdi. Sən demə illərdi qurbanlıq sayılan Malik Əliyev adlı şəxs sahibkara qan uddururmuş. Əslində istər MN istərsə DANX-da və digər qurumlarda belə qurbanlıqlar var və həmişə olacaq.
    Bu tipli məmurların əməli təkcə korrupsiya deyil, həm də vətənə xəyanətdir!
    Əlişir Əhəd
    PAYLAŞ:

    Oxşar xəbərlər