Qeyd edək ki, bu şəxs 2013-cü ildən ölkəmizin ekologiya sahəsində çalışır və ötən illər ərzində işgüzar fəaliyyəti ilə xüsusi peşəkarlıq nümayiş etdirir. Bəli, Azər Mirzəyevin keçdiyi həyat yollarına nəzər saldıqda bəlli olur ki, o, ötən 24 illik fəaliyyəti dövründə çalışdığı sahələrin bütün incəliklərinə dərindən yiyələnməyi bacarır. Adicə bir müqayisəni həyata keçirməklə onun hansı qabiliyyətə malik olduğunu, ötən illər ərzində idarəetməni hansı qaydalar əsasında həyata keçirməsini müəyyən etmək heç də çətin deyil. Qeyd edək ki, Azər Mirzəyev istər Astara Meşə Mühafizəsi və Bərpası Müəssəsində, istərsə də Hirkan Milli Parkında direktor vəzifəsini daşıyarkən, onun fəaliyyəti hər zaman dəyərləndirilir. Yəni, bu şəxsin idarəçiliyinə ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev tərəfindən, həmçinin rayon rəhbərliyi tərəfindən yetərincə dəyər verilir. Məsələn, Azər Mirzəyevin bioloji müxtəlifliyin qorunub saxlanılması sahəsində göstərdiyi səmərəli fəaliyyəti nəzərə alınır və o, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə, 23 may 2020-ci il tarixdə cənab Muxtar Babayev tərəfindən Fəxri fərmanla, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun 21 may 2020-ci il tarixli 40 nömrəli sərəncamı əsasında Fəxri fərmanla təltif olunur. Qeyd edək ki, bu şəxs istər Astara Meşə Mühafizəsi və Bərpası Müəssəsində, istərsə də Hirkan Milli Parkında direktor vəzifəsini daşıyarkən, rəhbərlik etdiyi sahələrdə hər zaman nizam-intizam yaradır, lazımi addımlarını atır və bunun nəticəsi olaraq bir çox uğurlu naliyyətlər əldə edir. Yəni, həmin illərdə bəzi yerli qurumların və brakonyerlərin Milli Parka etdikləri müdaxilələrə son qoyulur. Bütün təpgi və təzyiqlərə baxmayaraq o, yalnız Nazirlikdən verilən göstəriş və tapşırıqlara arxalanaraq öz işini davam etdirir və hər an nazirliyin mənafeyini qorumağa çalışır. Təkcə 2020-ci ildə Hirkan Milli Parkına qarşı qaldırılan 60-dək məhkəmə prosesi, Azər Mirzəyevin iştirakı ilə əsassızlandırılaraq ləğv olunur və o, 200-dən çox yoxlamalardan nöqsansız çıxır. 2020-ci ildə işində yol verdiyi nöqsanlara görə 17 işçi haqqında Nazirliyə təqdimat yazır. İşlədiyi müddət ərzində Azər Mirzəyevlə bərabər, idarənin bir çox işçiləri də Lənkəran, Astara və Lerik rayon İcra Hakimiyyətlərinin başçıları tərəfindən Fəxri Fərmanlarla, ayrı-ayrı mükafatlarla təltif olunurlar. Bu da həmin şəxslərə daha məsuliyyətli olmağa və bəzi “qara qüvvələr”ə qarşı mübarizə tədbirlərini gücləndirməyə səbəb olur. Azər Mirzəyev Milli Parka rəhbərlik etdiyi müddət ərzində, Nazirliyin “Tədbirlər Planı”na əsasən insanları marifləndirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilir. Tədbirlərin keçirilməsində başlıca məqsəd, park ərazisində yaradılmış unikal, zəngin, rəngarən və son dərəcə gözəl təbiətə malik olan, nadir flora və
və fauna nümünələri ilə hər kəsi tanış etmək olur. Tədbirlərdə Parkın əməkdaşları ilə bərabər məktəblilər, rayon ictimayəti, hətta Nazirlikdə gənclərə dəstək məqsədi ilə yaradılmış könullu qurupların üzvləri də iştirak edirlər.
Hal-hazırda 45 yaş həddinə çatan, kifayət qədər iş təcrübəsi və yetərincə iş bacarığı olan, həmçinin bütün qəlbi və varlığı ilə təbiətimizə, ekologiyamıza bağlı olduğunu əməli addımları ilə sübuta yetirən Azər Mirzəyev, 2020-ci ilin noyabr ayından bugünə kimi işsiz qalmaqdadır. O halda sual oluna bilər ki, görəsən gənc və enerjili olan bu şəxsin iş bacarığından, potensialından istifadə etməmək hansı qüvvələrin maraq dairəsindədir? Axı, bu gün ekologiyamızın müəyyən sahələrinə aid çoxsaylı problemlər var və həmin problemlərin aradan qaldırılmasında peşəkar mütəxəssislərin, vicdanı saf, əqidəsi sağlam olan şəxslərin böyük rolları olur. Ona görə də düşünürük ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Azər Mirzəyevin ötən illər ərzindəki işgüzar fəaliyyətini nəzərə alacaq və bu şəxsin bacarığından, potensialından və s.-dən istifadə olunması yöndə qərarını verəcək. Çünki, onu tanıyan bir şəxs olaraq o haqda məlumata malikik ki, Hirkan Milli Parkınının sabiq direktoru ekologiya üzrə olduqca peşəkar bir mütəxəssisdir. Yəni, bütün bunları kiməsə xoş gəlsin deyə yazmırıq, məhz Azər Mirzəyevin iş üslubu, idarəçilik bacarığı və s. haqda məlumatlı olduğumuz üçün yazırıq.
Onu da qeyd edək ki, Azər Mirzəyev heç də sıradan bir şəxs deyil. Yəni o, idarəçilik sahəsində kifayət qədər həyat yolu keçən, təmiz əqidəsi ilə ulu öndər Heydər Əliyev siyasətini lazımınca müdafiə edən, ölkə rəhbəri İlham Əliyev cənablarının ümumilli maraqlarımızın təmin olunması yöndə etdiyi hər çağırışa dəstək verən, saf əqidəsini və sağlam düşüncəsini ortaya qoymağı bacaran və yüksək insani keyfiyyətə malik bir şəxsdir.
MİRZƏ