Cənubi Koreyanın yeni prezidenti seçildi

Cənubi Koreyanın yeni prezidenti seçildi
  • Siyasət

  • Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.

    Asiya.az
    "Report"a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

    Onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.

    Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər