Separatçılar Azərbaycandan Putinə şikayət etdi

Separatçılar Azərbaycandan Putinə şikayət etdi
  • Siyasət

  • Martın 25-də Qarabağdakı qondarma rejimin "rəhbəri” Arayik Arutyunyanın sədrliyi ilə keçirilən "Təhlükəsizlik Şurası"nın iclasında Rusiya prezidenti Vladimir Putinə rəsmi məktubla müraciət edilməsi barədə qərar qəbul edilib. 

    Asiya.az
    Qaynarinfo-ya istinadən xəbər verir ki, məktub Qarabağdakı siyasi vəziyyətlə bağlıdır. 

    Məktubda ilk növbədə Rusiya sülhməramlılarının Qarabağa yerləşdirildiyi gündən hərbi qərargahın öz tapşırıqlarını yerinə yetirdiyi, yüksək səmərəli fəaliyyət göstərdiyi bildirilir və ənənəvi olaraq Azərbaycanın əleyhinə saxta ittihamlar yer alıb. 

    "Qarabağ ermənilərinin "tarixi torpaqları"nda yaşamaq və müharibə yaralarını sağaltmaq üçün təhlükəsizlik şəraiti lazımdır” məktunda deyilir. 

    Daha sonra "Azərbaycanın hücum əməliyyatları nəticəsində Qarabağ ermənilərinin gündəlik dinc həyatını yaşaya bilmədiyi" qeyd olunur və əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac olunduğu bildirilir.

    Həmçinin separatçılar bildirir ki, "Azərbaycanın hərbi istəklərinin artması" səbəbindən Bəyannamənin müddəalarında nəzərdə tutulmuş sülhməramlı şəxsi heyətin və texniki vasitələrin hazırkı sayının Qaarabağda sülhməramlı missiyanın tam həyata keçirilməsi üçün kifayət etmir. Onlar Rusiya sülhməramlılarının şəxsi heyətinin və xidməti maşınlarının sayına yenidən baxılmasını, müvafiq olaraq həm hərbçi, həm də hərbi texnikanın sayının artırılmasını istəyir.
    PAYLAŞ:

    Oxşar xəbərlər