Oğlu Ayaz Mütəllibovun ölüm səbəbini açıqladı - I Fəxri xiyabanda dəfn ediləcək

Oğlu Ayaz Mütəllibovun ölüm səbəbini açıqladı -  I Fəxri xiyabanda dəfn ediləcək
  • Cəmiyyət

  • "Atam bir aya yaxın idi Mərkəzi Kliniki Xəstəxanada müalicə alırdı”. 

    Asiya.az
    xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında dünən dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibov deyib. 

    "Beyin təzyiqi var idi. Atamı əvvəlcə operativ müalicə etdilər. Özünü yaxşı hiss edirdi. Amma sonradan müalicəsi uğurlu olmadı. Sonradan yeriməyində də problemlər yarandı. Həmçinin yaşına görə də xəstəlikləri var idi. Bu xəstəlikər də onu narahat edirdi. Kiçik beyin insultu və mikro infrakt keçirmişdi”, deyə sabiq prezidentin oğlu bildirib.

    Eks-prezidentin nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə "Heydər” məscidinə aparılıb.

    Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov I Fəxri xiyabanda dəfn ediləcək.

    Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra - martın 6-da istefa verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər