Asiya.az xəbər verir ki, teleaparıcı öz ərizəsi ilə işdən ayrılıb.
O fəaliyyətini "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam etdirəcək.
2020-ci ildə Prezidentdən müsahibə alan jurnalistlər siyahısında olmaq şərəfinə nail olmuşam. Son iş yerim "Xəzər Media Mərkəzi"ndən şəxsi ərizəmlə ayrıldım. Orada çalışan zəhmətsevər, peşəkar, vicdanlı dostlarımın xətri çox əzizdir".
O yeni iş yeri haqda da danışıb:
"Fəaliyyətimi "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi"ndə davam etdirəcəm. Bir jurnalist üçün rəsmi qurumdan operativ məlumat əldə etməyin nə demək olduğunu yaxşı bilirəm. Bu işdə sırasına qoşulduğum peşəkar və səmimi komanda ilə DOSTunuz olacağıq. Etimadı doğrultmaq gərək! Yolumuz açıq olsun".