Daha bir QHT Ədliyyə Nazirliyindən narazıdır: niyə dövlət qeydiyyatına almırsız?!

Daha bir QHT Ədliyyə Nazirliyindən narazıdır: niyə dövlət qeydiyyatına almırsız?!
  • Cəmiyyət

  • “Dodo” Etnik Həmrəylik və Araşdırmalar İctimai Birliyinin təsisçisi İradə Dodo (Məlikova) Azərbaycan Respublikasının Ədliyyə naziri  cənab Fikrət Məmmədova Müraciət ünvanlayıb. Müraciətin bir surəti də məlumat üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya göndərilib.
    Müraciətdə deyilir:

    Cənab nazir!  
         “Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla   nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir.”
    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə 9 yanvar 2019-cu ildən  “DODO” Etnik Həmrəylik və Araşdırmalar İctimai Birliyinin (DEHAİB) qeydə alınması üçün  müraciətimiz əsassız olaraq artıq 15-ci dəfədir ki, geri qaytarılır.  Bu yaxınlarda Azərtacda  bir yazıdakı bu cümlə məni valeh etdi. Orada yazılır ki,  Azərbaycanda tarixən bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni münasibət bəslənib…      

    Əgər biz həqiqətən toleriant  və multikulıtural dövlətdə yaşayırıqsa, eləcə də  “Multikulturalizm bizim gücümüzdür” sə, hamıya eyni münasibət bəslənsəydi, 9 yanvar 2019-cu ildən indiyə qədər hər dəfə sənədlərimiz müxtəlif bəhanələrlə bizə qaytarılmazdı.  Məlumat üçün bildirim ki, baş idarə bizdən “DƏSTƏK MƏKTUBU” tələb etmişdi. Bu məktubu da AMEA-nın Folklor institutundan aldıq. Bu məktubda mənim gördüyüm işlər və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi, AMEA-nın Folklor İnstitutunun Elmi Şurasının qəraraı ilə çap edilən 4 kitabım haqqında da məlumatlar qeyd edilmişdi. Buna baxmayaraq, bizə verilən dəstək məktubdan da razı qalmayaraq, ictimai təşkilatın dövlət tərəfindən qeydiyyatı üçün kiminsə lap yuxarıdan tapşırmasını məsləhət gördülər. 

    Bu acı bir həqiqətdir ki, toleriant adlandırılan ölkəmizdə bu gün özümü az qala qərib, kimsəsiz, hüquqları məmurları tərəfindən tapdalanmış vətəndaş kimi hiss edirəm. 
    İndiyə qədər xalq qarşısında mənim xidmətim Azərbaycan dövlətçiliyini, Azərbaycan Respublikasının Prezidentini dəstəkləmək olub.  Dövlətimə xidmətimlə – ana yurdumuz Azərbaycanımızda yaşayan digər xalqların dillərində çoxsaylı kitablar nəşr etdirməklə onlar arasında böyük hörmət və nüfüz qazanmışam .    

    Baş redaktoru olduğum “Dodo” qəzeti də son beş ildə daim dövlətçiliyi təbliğ etmiş, Azərbaycanda yaşayan  azsaylı xalqları dövlətçilik ideyası  ətrafın daha sıx birləşdirmək üçün mövcud olan bütün imkanlarını səfərbər etməyə çalışmışdır. Təəssüf ki, mənə məlum olmayan səbəblərə görə, təsisçisi olduğum DEHAİB keçən  3 il müddətində müxtəlif bəhanələrlə  rəsmi dövlət qeydiyyatına alınmamışdır.   
    Qeyd edilənləri nəzərə alaraq sizə növbəti dəfə müraciət edir, təsisçisi olduğum DEHA İctimai Birliyinin, qanunvericiliyə uyğun olaraq, dövlət qeydiyyatına alınmasına yardımçı olmanızı xahiş edirəm. Əks halda, bu məsələnin hüquq müstəvisində həll olunması hüququnu özümüzdə saxladığımı bəyan edirəm.                                                                                                                              
    Hörmətlə, DEHA İctimai Birliyinin təsisiçisi, İradə Məlikova, 11.04.2022
    PAYLAŞ:

    Oxşar xəbərlər