Azərbaycanda nazirin I müavini vəfat etdi - FOTO

Azərbaycanda nazirin I müavini vəfat etdi - FOTO
  • Cəmiyyət

  • Maliyyə naziri Samir Şərifovun I müavini İlqar Fəti-zadə vəfat edib.

    Asiya.az
    xəbər verir ki, bu barədə "Report”a nazirlikdən bildirilib.

    Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

    Xatırladaq ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.

    O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.

    Ailəli idi. Bir övladı var.

    Allah rəhmət eləsin!
     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər