Əvəz Cəbiyev - 100

Əvəz Cəbiyev - 100
  • Manşet / Cəmiyyət

  • Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallının ilk tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin 100 illik yubileyi qeyd edilib.

    Asiya TV
    xəbər verir ki, tədbir öncəsi yubilyarın və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

    Sonra görkəmli alimin həyat yolu, elmi və həkimlik fəaliyyətini əks etdirən videoçarx izlənilib.

    Yubiley tədbirində Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, millət vəkili Anar İsgəndərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Çingiz Axundov, Azərbaycan Tibb Universitetinin professoru Məhərrəm Niftullayev, tibb üzrə fəlsəfə doktoru Vaqif Qurbanov, veteran həkimlər - Vaqif Əhmədov, Məhəmməd İbayev mərhum professor Əvəz Abdulhüseyn oğlu Cəbiyevin bir alim, ziyalı kimi Azərbaycanda çoxsaylı gənc alimlərin yetişməsində müstəsna rolunun olmasından danışıb, onunla bağlı xoş təəssüratlarını, xatirələrini bölüşüblər.

    Tədbirdə müğənnilər - Atamoğlan Zahidov, Ruslan Zahidov Şamo İbayevin ifasında lirik mahnılar səslənib.

    Əvəz Cəbiyevin gəlini Rəna Cəbiyeva, nəvəsi Fidan Hacızadə tədbirin təşkili üçün rayon rəhbərliyinə, zəhməti keçən hər kəsə, minnətdarlıq bildiriblər.
    Fotolar Rəşad Fərəcova aiddir:













    PAYLAŞ:

    Oxşar xəbərlər