İstanbulda şair Rəsmiyyə Sabirlə görüşü keçirildi - FOTO

İstanbulda şair Rəsmiyyə Sabirlə görüşü keçirildi - FOTO
  • Mədəniyyət / Manşet

  • İstanbul şəhərində yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına məktəbdə Azərbaycan ədəbiyyatı günləri çərçivəsində tədbirlər planına uyğun olaraq müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Prezident təqaüdçüsü, iqtisadiyyat elmləri doktoru, professor, şair, tərcüməçi və ictimai xadim Rəsmiyyə Sabirlə müəllim və şagird kollektivinin görüşü keçirilib.

    Asiya.az
    xəbər verir ki, məktəbin müdiri Aygün Həsənoğlu Rəsmiyyə Sabirin həyat və yaradıcılığı haqqında məlumat verib, şair və alimin çoxşaxəli fəaliyyətinin və şəxsiyyətin örnək olduğunu qeyd edib.

    Professor Rəsmiyyə Sabir Azərbaycandan şair və yazıçılarının, alimlərimizin, hazırda İstanbulda Beynəlxalq Dərgilər Sərgisində təmsil etdiyi "Ulduz" jurnalı kollektivinin salamlarını çatdıraraq uşaqlara elm və təhsilin əhəmiyyətindən danışıb, uşaqlara yaxşı oxumağı, vətənlərinə layiq övlad olmağı tövsiyyə edib. 

    Tədbirdə uşaqlar Rəsmiyyə Sabirin şeirləri ilə bərabər, digər şairlərin şeirlərini söyləyib, mahnılar oxuyublar. Məktəbin ən istedadlı şairlərindən olan 7-ci sinif şagirdi Fariz Nəsirov özünün 44 günlük müharibə dövründə yazdığı "Azərbaycan əsgəri" və "Şuşa" şeirlərini söyləyib. Jurnalist Yaqut Misirxanlı böyük şairimiz Sabir Rüstəmxanlının "Vətən" şeirini ifa edin. 

    Tədbirdə Rəsmiyyə Sabir uşaqların suallarına cavab verib, məktəbin və dərnəyin Azərbaycan kitabxanası"na öz kitabları ilə birlikdə Azərbaycan uşaq ədəbiyyatı nümunələrini və nağıl kitabları hədiyyə etmişdir.

    Rəsmiyyə Sabir uşaqların xahişi ilə onların dəftərlərinə imzasını atıb. Uşaqlar şeir məclisindən və görüşdən çox məmnun qalaraq Rəsmiyyə xanıma təşəkkürlərini bildiriblər.



    PAYLAŞ:

    Oxşar xəbərlər