AMEA-nın sabiq prezidenti vəfat etdi

AMEA-nın sabiq prezidenti vəfat etdi
  • Cəmiyyət

  • Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) sabiq prezidenti Eldar Salayev vəfat edib.  

    Bu barədə Asiya.az-a AMEA-dan bildirilib.  

    Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. O 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. Eldar Salayev 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. O 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti olub.

    Eldar Salayev 1997-ci ildə "Şöhrət” ordeninə layiq görülüb.

    Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvü olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər