Ömrün 47-ci səhifəsi…

Ömrün 47-ci səhifəsi…
  • Cəmiyyət

  • Bu gün şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin doğum günüdür. 

    Bakının Zirə kəndində doğulan İlqar Fəhmi hələ uşaq yaşlarından ədəbiyyata böyük maraqla yanaşır. Təhsilini hüquq sahəsində davam etdirsə də içindəki sənət sevgisi getdikcə artır. 20 yaşından bədii yaradıcılıqla məşğul olmağa başlayan İlqar Fəhmi bu gün 20-ə yaxın kitabın müəllifidir.  Eyni zamanda "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri" "Axırıncı dayanacaq" və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. Yazdığı pyeslər ölkəmizin ən böyük teatrlarında səhnələşdirilir. 

    "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktoru və Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazırlanan Muğam-televiziya müsabiqəsinin icraçı direktorudur. 

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli qərarı ilə İlqar Fəhmi Respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 

    Azərbaycan mədəniyyətinin çox sahəsində imzası ilə tanınan İlqar Fəhmini Asiya.az kollektivi adından doğum günü münasibətilə təbrik edir, daha böyük sənət uğurları arzu edirik.
    Fərqanə
    PAYLAŞ:

    Oxşar xəbərlər