Göyçayda Xəstəxana direktoru və Poliklinika müdiri həyat yoldaşlarını necə əlil ediblər?

Göyçayda Xəstəxana direktoru və Poliklinika müdiri həyat yoldaşlarını necə əlil ediblər?
  • Sosial / Araşdırma

  • "Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun həyat yoldaşı 1-ci qrup əlil təyin etdirib, 10 ildir ki, dövlətdən pul alır. Həmçinin 1-ci qrup əlilə qulluq etdiyinə görə özü hər ay 50 manat pul alıb. Hazırda həmin məbləğ 80 manatdır. Yaşar Əhmədovun həyat yoldaşı əlil olsada onu Qızılağac kənd Tibb Məntəqəsinə xadimə vəzifəsinə təyin etdirib, hər ay maaş alır. Hansı ki, bu adam 10 ildir ki, 1-ci qrup əlildir."

    Bu sözləri Göyçay rayon Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu tərəfindən "Asiya.az" xəbər portalına ünvanlanan ŞİKAYƏT məktubunda qeyd olunub. Şikayətçi həmçinin Göyçay Rayon Mərkəzi Xəstəxanasının polikilinika şöbəsinin müdiri Arzu Burcalıyevin qanunsuz əmələri baredə məlumat verib. O qeyd edir ki;
     
    "Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyevin həyat yoldaşı isə 10 ildir ki, saxta xəstəlik sənədləri ilə 1-ci qrup əlildir. Hansı ki, 10 əvvəl ona diaqnoz kimi xərçəng xəstəliyi qoyulub. Ancaq onda heç bir onkoloji xəstəlik olmayıb.
    Prezidentin xüsusi göstərişi əsasında hazırda ilk olaraq işə şəhid ailələri və qazilər işə qəbul olunur. Ancaq Göyçay rayon Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev 5000 manat müqabilində Yusif adlı həmkəndlsini direktor Yaşar Əhmədova  köməkçi vəzifəsinə təyin etdirib. Yaşar Əhmədov iş ortağı olan Arzu Burcalıyevin göstərişindən çıxa bilmir həmdə maddi marağı güc gəldiyi üçün şəhid ailələri və qaziləri unudub bu qanunsuzluğu etmişdir.
      
    Arzu Burcaliyev rüşvət müqabilində ruhi xəstələrə gözdən əlillərə sürücülük vəsiqəsi almaq üçün saxta sağlamlıq arayışları verir. Arzu Burcalıyev özünü bu işdə belə sığortalayır ki, burada mənim haqqı-payım yoxdur çünki sağlamlıq arayışını həmin sahə üzrə həkimlər yazır məndə təsdiq edirəm. Ancaq həmin saölamlıq arayışlarını yazmaq üçün Arzu Burcalıyev həkimləri məcbur edir.
     
    Həmçinin Göyçay rayon xəstəxanasında qanunsuz bülletenlər satılır. Hansı ki, yoxlanılarsa bülleten verilmiş həmin adamlar bir gündə olsun Göyçay xəstəxanasında qalmayıblar stasionar və ya ambulator müalicə almayıblar. Buna görə isə dövlətin ayırdığı vəsaitləri Yaşar Əhmədov mənimsəyir.
    Sizdən xahiş edirəm bu şikayətimdə göstərilən faktları yerində obyektiv araşdırıb korrupsiya şəbəkəsi yaratmış vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.
    Əlaqə tel; 070 320-59-59"

    "Asiya.az" xəbər portalı məqalədə adları keçənlərin mövqeyini dərc etməyə hazırdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər