APA-nın əldə etdiyi xəbərə görə, cəzaçəkmə müəssisəsində ürəyində problem yaranan sabiq icra başçısı müayinədən keçirilib.
Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: "Hazırda Qoca Səmədovun vəziyyəti kəskin ağırdır. Həkimlərin dediyinə görə, onun ürəyində infarkt əlamətləri var, çat əmələ gəlib", - deyə vəkil bildirib.
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının həbs müddətini 6 ilə endirib. Ali Məhkəmə isə ittiham olunduğu vəzifə saxtakarlığı maddəsini ləğv edərək cəzasını 3 ay azaldıb.