Masallıda XXVI respublika güləş turnirinə yekun vurulub - FOTOLAR

Masallıda XXVI respublika güləş turnirinə yekun vurulub - FOTOLAR
  • Manşet / İdman

  • Masallıda XXVI respublika güləş turnirinə yekun vurulub.

     

    Asiya.az xəbər verir ki, Masallı Olimpiya Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, məşhur pəhləvan Nadir Ağayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında XXVI ənənəvi açıq Respublika turnirinə yekun vurulub.


    Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Nadir Ağayevin yetirməsi, Rusiya Federasiyasının əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımovun dəstəyilə keçirilən turnir iki gün (15-16 oktyabr) davam edib.

    Yarışın keçirilməsində məqsəd Nadir Ağayevin keçdiyi şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşi idman növünün inkişafı və kütləviliyi, onların vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət ölkə yığma komandasına namizədlərin seçilməsidir.

    Respublikanın şəhər və rayonlarından 29 komanda tərkibində 182 nəfər 2006-2007-ci il təvəllüdlü güləşçi 11 çəki dərəcəsində mübarizə aparıb.

    Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalara uyğun olaraq AGF-nin hakimlər heyəti tərəfindən idarə edilən yarışların yekun nəticəsinə əsasən komanda hesabında Sumqayıt, Masallı, Göyçay idmançıları fərqləniblər.

    Masallı atletlərindən Əmrah Əmrahov (45 kq) birinci, Rəvan Həşimzadə (55 kq), Nizami Şükürov (92 kq) ikinci, Ravin Kərimov (71 kq) isə üçüncü mükafata sahib olub.


    İlk üç yeri tutmuş idmançılar təşkilat komitəsi və sponsor tərəfindən müvafiq diplom, medal və pul ilə mükafatlandırılıb.

    Akif Ağayev. 
    Fotolar Faiq Mirzəyə məxsusdur. 
































    PAYLAŞ:

    Oxşar xəbərlər