İş adamı Məşkur Qasımov tikintisi davam edən uşaq bağçası ilə tanış oldu - FOTOLAR

İş adamı Məşkur Qasımov tikintisi davam edən uşaq bağçası ilə tanış oldu - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı rayonunun Ərkivan qəsəbəsində yeni inşa olunan uşaq bağçasının tikintisi davam edir. 



    Asiya.az xəbər verir ki, təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə tanınmış masallılı sahibkar-xeyriyyəçilər Qalib Məmmədov və Məşkur Qasımov tərəfindən inşa olunur. Sahibkarların hər iki əslən bu qəsəbənin sakinləridir. Onların xeyirxah əməlləri ölkəmizdən kənarda da tanınır, rəğbət bəslənilir.

    Bu gün Rusiya Federasiyasının Əməkdar məşqçisi, Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidenti Məşkur Qasımov uşaq bağçasında olaraq tikinti prosesi ilə tanış olub.

    10 may 2021-ci il tarixində tikintisi başlanan ikimərtəbəli, 100 yerlik uşaq-tərbiyə müəssisəsinin 10 may 2023-cü ildə, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi günündə açılış mərasimi gözlənilir.










    PAYLAŞ:

    Oxşar xəbərlər