Masallıda Zəfər Günü qeyd olunub - FOTOLAR

Masallıda Zəfər Günü qeyd olunub - FOTOLAR
  • Siyasət / Manşet

  • Masallıda  8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.


    Asiya.az xəbər verir ki, tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin abidəsi, Qəhrəmanlar Parkı abidə-kompleksi ziyarət edilib, xatirələri ehtiramla anılıb.


    Rayon Mədəniyyət Mərkəzində davam edən bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar

    İsgəndərov, Musa Qasımlı, rayon rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayənədələri iştirak ediblər.


    Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Zəfər Günü ilə bağlı video çarx nümayiş olunub.


    Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, min illik tariximizin ən şərəfli səhifələrindən olan Böyük Zəfəri bizə bəxş edən şəhidlərimizi ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyir, Ali Baş Komandanımıza cansağlığı, Ordumuza rəşadət, millətimizə, dövlətimizə firavanlıq və xoş gələcək arzulayırıq.

    Tədbirin təşkilinə görə Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə və kollektivinə təşəkkür edən rayon rəhbəri çıxışını “Yaşasın Azərbaycan!, Qəhrəmanlara eşq olsun!” şüarı ilə bitirib.


    Azərbayacan Respublikası Prezidentinin Fərdi Təqaüdçüsü, İqtisadiyyat elmləri doktoru Rəsmiyyə Sabir, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu Zəfər Günü haqqında fikirlərini ifadə ediblər.


    Möhtəşəm konsert proqramı ilə qeyd edilən tədbirin aparıcısı, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin müəllimi, musiqişünas Nərgiz Kərimova incəsənət ustalarını səhnəyə dəvət edib.


    Əməkdar artist Səidə Şərifəliyeva, "Avrovision-2012" müsabiqəsinin Azərbaycandakı seçim turunun finalçısı Adil Baxışlı, gənc müğənni və bəstəkar Ruhulla Baxış, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Ruslan Zahidov, Miriş Hüseynov, Şamo İbayev, Humay Rzayeva, Halay Xalq Folklor Kollektivi, Masallı rəqs qrupunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


    Rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Şahin Musaoğlu, Rəsmiyyə Sabir və Adil Baxışlı Masallı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.





































    PAYLAŞ:

    Oxşar xəbərlər