Bakıda yeniyetmə qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakıda yeniyetmə qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb
  • Olay

  • Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.
    Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.
    Həmin vaxt o, pəncərədən yıxılıb.
    O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər