Bu ölkədə Milad bayramına görə 90 nəfər edam ediləcək

Bu ölkədə Milad bayramına görə 90 nəfər edam ediləcək
  • Olay

  • Dünya Milad şənliklərinə qapanarkən, vəziyyəti fürsətə çevirmək istəyən Səudiyyə Ərəbistanının onlarla insanı edam etməyə hazırlaşdığı üzə çıxıb.
     
    Asiya.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin 90 nəfəri asaraq və ya güllələyərək edam etməyi planlaşdırdığı öyrənilərkən, İngiltərə mediasında bu mövzu gündəmə çevrilib. Britaniyalı deputatlar Xarici İşlər Naziri Ceyms Kleverliyə məktub göndərərək ondan məsələ ilə bağlı addım atmasını xahiş ediblər.

    İngiltərə mətbuatının yazdığına görə, adətən Milad və digər bayramlar zamanı ölüm hökmləri tətbiq edən Səudiyyə Ərəbistanı, bir çox ölkədə Milad bayramlarının qeyd olunduğu bu dövrdə də eyni şeyi edəcək. Məlumatlara görə, Səudiyyə Ərəbistanında Yeni ilə qədər 90 nəfərin asılaraq və ya güllələnərək edam edilməsi planlaşdırılır.

    Deputatlar Ər-Riyadın diplomatik təzyiqdən xilas olmaq üçün xüsusi olaraq bu dövrü seçdiyini və çox narahat olduqlarını vurğulayıblar. "Biz çox gec olmadan bunun qəbuledilməz olduğu mesajını istəyirik", - məktubda deyilir.
     
    Səudiyyə Ərəbistanında kütləvi edamlar tez-tez beynəlxalq etirazlara səbəb olur. Şəriətlə idarə olunan ölkədə 2016-cı ilin Milad bayramında aralarında uşaqların da olduğu 50-yə yaxın insan yenidən edam edilib. Dünyanın gözü Qətərdə keçirilən 2022 Dünya Çempionatına çevrilərkən Səudiyyə Ərəbistanının 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi ortaya çıxıb.

    Ər-Riyad keçən il zorakılıq olmayan cinayətlərə görə ölüm cəzası tətbiq etməyəcəyinə söz vermişdi. Digər tərəfdən, bu il ölkədə gizli edam edilənlərin sayının əvvəlki illərlə müqayisədə xeyli çox olduğu bildirilir.
     
    Qeyd edək ki, mart ayında Səudiyyə Ərəbistanı hökuməti bir gündə 81 nəfəri edam etməklə böyük izdiham yaratmışdı.
    Mikayıl
    PAYLAŞ:

    Oxşar xəbərlər