“Orada ancaq korrupsiyaya qurşanmış savadsız həkimlər qalıb” – Sakinlər Ucar xəstəxanasının fəaliyyətindən narazıdır

“Orada ancaq korrupsiyaya qurşanmış savadsız həkimlər qalıb” – Sakinlər Ucar xəstəxanasının fəaliyyətindən narazıdır
  • Araşdırma / Sosial

  • Biz Ucar rayon sakinləri xəstəxanada baş alıb gedən özbaşınalığa, qanunsuzluğa görə çox əziyyət çəkirik. Ucar rayon Xəstəxanası Hüquqi Publik şəxsin direktoru Zeynal Bayramlının qanunsuz əməllərinə görə savadlı həkimlər öz ərizələrini yazıb işdən çıxıblar. Orada ancaq korrupsiyaya qurşanmış savadsız həkimlər qalıb.”

     

    Bu sözlər Ucar rayon sakinləri tərəfindən Asiya.az-ın redaksiyasına daxil olan şikayət məktubunda yazılıb. Şikayətçilərin sözlərinə görə Zeynal Bayramlı 15 ildir Ucar xəstəxanasına rəhbərlik edib ancaq talançılıqla məşğul olur. Dəfələrlə mərkəzi orqanlara şikayətlər etsəkdə tədbir görülməyib.

     

      

    “Buna görə biz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə icraçı direktor Vüqar Qurbanova müraciət edib xahiş edirik korrupsioner Zeynal Bayramlı barədə tədbir görün. Siz  belə yaramazı orada niyə saxlamısınız?

     

    İmza; Cəbrayılov Tural Malik oğlu 

    Həsənov Nemət İlqar oğlu 

    Rzayev Fizuli Əli oğlu

    Musayev Vasif Faiq oğlu

    Əliyev Elburus Ənvər oğlu

    Mikayılov Bahadur Mövsüm oğlu

    Əhmədov Elşən Aslan oğlu” – deyə rayon sakinləri məktubda qeyd ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər