
Bu haqda Asiya.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir.
10 fevral tarixində masallı rayonunda keçiriləcək təlimlərə ABF-nin idarə heyətinin üzvü Rövşən Hüseynov və Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edəcəklər.
Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədini daşıyır. Bu gün çalışdırıcıları əyani vəsaitlərdən istifadə etməklə nəzəriyyə ilə tanış edən təlimatçılar sabahdan zallarda məşq proseslərini göstərəcəklər.