"Aşıq Muşqulat" yol polisinə necə təyinat alıb? - O əvvəl də...

"Aşıq Muşqulat" yol polisinə necə təyinat alıb? - O əvvəl də...
  • Sosial

  • Xalq arasında "Aşıq Muşqulat" kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb.
     
    Sözügedən təyinat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
    Asiya.az-ın əldə etdiyi məlumata görə, aktyor əvvəllər də polis orqanlarında çalışıb. Hazırda isə o polis orqanlarında xidmətə bərpa olunub. Belə ki,  Elnur Mahmudov polis serjantı olaraq yenidən DİN-in sisteminə təyinat alıb və yol polisində təbliğat işlərinə cəlb olunub.
     
    O, bir neçə gün əvvəl yol polisinin təşkil etdiyi təbliğat xarakterli tədbirdə də çıxış edib. 
     
    Efirlərdə məzəli mahnıların ifaçısı kimi tanınan aktyorun yol polisi ilə bağlı ifa etdiyi mahnıdan sonra bu vəzifəyə təyinat aldığı iddia olunur.  
    PAYLAŞ:

    Oxşar xəbərlər