Masallıda “Narkomaniya, dini radikalizm və erkən nikaha yox deyək!” adlı tədbir keçirildi – VİDEO/FOTOLAR

Masallıda “Narkomaniya, dini radikalizm və erkən nikaha yox deyək!” adlı tədbir keçirildi – VİDEO/FOTOLAR
  • Masallı / Araşdırma / Sosial

  • Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbində “Narkomaniya, dini radikalizm və erkən nikahlara yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.

     
    Asiya.az xəbər verir ki, görüşdə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev, Masallı RPŞ-nin rəis müavini, polis mayoru Elşən Talıbov, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Sektorunun müdiri Qoşqar Hətəmov, Masallı Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər Evi” sosial müəssisəsinin direktoru Fuad Mənsimov, Məktəbin Valideyn komitəsinin sədri Ruslan Bağışov, “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

    Tədbir Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb. Məktəbin direktoru Mehriban Əzizova çıxış edərək qonaqlara məktəb haqqında məlumat verib.

    Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev çıxışında ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.


    Şöbə rəisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər. 

    Sonra Polis rəisi vətəndaşlarının sağlam və təhlükəsiz yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətindən danışıb. 

    Çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıb.

    Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Sektorunun müdiri Qoşqar Hətəmov, Masallı Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov qeyd ediblər ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdırlar.

    Daha sonra narkomaniya əleyhinə və Polis Akademiyasının təbliği yönümlü video çarx nümayiş olunub. 

    Sonda Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev şagirdləri maraqlandıran suallara cavab verib.














    PAYLAŞ:

    Oxşar xəbərlər