Məşhur Məmmədov seçiciləri ilə qəbul keçirdi - FOTOLAR

Məşhur Məmmədov seçiciləri ilə qəbul keçirdi - FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Millət vəkili Məşhur Məmmədov Masallı rayonunda seçiciləri üçün qəbul keçirib

     

    Asiya.az xəbər verir ki, qəbulda 3 nəfəri Vətən müharibəsi iştirakçısı olmaqla ümumilikdə 17 nəfər seçici iştirak edib.

     

    Qəbul YAP Masallı Rayon Təşkilatının konfrans zalında baş tutub.

     

    Seçicilərin problemlərinin operativ həll edilməsi məqsədilə qəbulda Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov iştirak edib. 

     

    Seçicilərin əksər istək və problemləri yerindəcə həll edilib, sənədlə bağlı problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib.












    PAYLAŞ:

    Oxşar xəbərlər